Xəbərlər

image desctiption

AZSTARNET şirkəti olaraq Rabitə və İnformasiya texnologiyaları sahəsində çalışanları peşə bayramı münasibətilə ürəkdən təbrik edirik, onların hər birinə gələcək işlərində uğurlar arzulayırıq!

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı birbaşa ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib. Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Cari ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilib. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.

Öz növbəsində rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, əhalinin həyatın hər sahələrində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.